AZ

Təhlükəli müalicə: Evdə vurulan iynə, köçürülən "sistem" ölümlə nəticələnə bilər

Xəbər verdiyimiz kimi, Bərdədə 6 yaşlı uşaq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, azyaşlının ev şəraitində venadaxili inyeksiyadan sonra vəziyyəti pisləşib. Bərdə Mərkəzi Xəstəxanasında həkimlərin müayinəsi zamanı uşağın öldüyü məlum olub.

Baş verən bu hadisə evdə vurulan iynələrin təhlükəsi məsələsini bir daha gündəmə gətirir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, evdə inyeksiya və infuziyaların aparılması dünyanın əksər ölkələrində qadağandır.

Adil Qeybulla: Bu məsələ qanunvericiliklə birmənalı şəkildə tənzimlənməlidir

Onun sözlərinə görə, Azərbaycanda hələ də ev şəraitində sistem qoyulması, müxtəlif tibbi prosedurların, hətta bəzi hallarda kosmetik müdaxilələrin həyata keçirilməsi halları müşahidə olunur. A.Qeybulla qeyd edib ki, belə əsaslandırılmamış və nəzarətsiz tibbi fəaliyyət isə ciddi ağırlaşmalara səbəb ola bilər.

Müsahibimiz nəzərə çatdırıb ki, bu kontekstdə, baş vermiş ölüm halında vurulan iynənin tərkibi və tətbiqi səbəbi mütləq şəkildə araşdırılmalıdır. Professor izah edib ki, burada həm səhlənkarlıq, həm də kriminal ehtimallar istisna edilməməlidir:

“Ümumilikdə, bu kimi halların qarşısını almaq üçün inyeksiya və infuziyaların yalnız tibb müəssisələrində, stasionar şəraitdə aparılması qanunvericiliklə birmənalı şəkildə tənzimlənməlidir. Xüsusilə antibiotiklərin və digər güclü preparatların ev şəraitində tətbiqi qadağan olunmalıdır”.

Mina Mikayılova

Seçilən
2
1
bakivaxti.az

2Mənbələr