AZ

"Bu bizə əlavə çətinlik yarada bilər" - "Turan Tovuz"un futbolçusu

Misli Premyer Liqasının 5-ci turu çərçivəsində Masazırda "Sabah"a 0:2 hesabı ilə uduzan "Turan Tovuz" növbəti çempionat oyununu "Azərsun Arena"da mövsümə bərbad start verən "Kəpəz"ə qarşı keçirəcək. Tovuz təmsilçisinin müdafiəçisi Faiq Hacıyevlə əlaqə saxlayıb həm "bayquşlar"dan aldıqları məğlubiyyət fikirlərini, həm də qərb derbisi statusu daşıyan qarşılaşmadan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Sabah"la oyuna yaxşı hazırlaşmış, rəqibi təhlil etmişdik. Buna baxmayaraq, oyun istədiyimiz kimi alınmadı və uduzduq. Futbolda belə şeylər olur. Səhvlərimizdən nəticə çıxaracağıq. Çempionatın əsas hissəsi hələ qabaqdadır. 

Qarşıda qərb derbisi var. "Sabah"la oyunu unudub bu görüşə hazırlaşırıq. "Kəpəz"in hələ xalı yoxdur. Gəncə təmsilçisinin baş məşqçisi postundan ayrılıb. Komandanı növbəti oyuna yeni mütəxəssis çıxarsa, bu bizə əlavə çətinlik yarada bilər. Öz növbəmizdə yaxşı hazırlaşıb "Kəpəz" üzərində qələbə qazanmağa çalışacağıq. Xal hesabımızı artırmağa və yüksək yerlər uğrunda mübarizə aparmağa köklənmişik".

Qeyd edək ki, "Turan Tovuz" - "Kəpəz" görüşü sentyabrın 28-də baş tutacaq. Matçın start fiti 16:30-da səsləndiriləcək.

Nihat   

Seçilən
4
2
fanat.az

3Mənbələr