Rusiya Ukraynaya müxtəlif istiqamətlərdən intensiv hava hücumu həyata keçirib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yaylıb.
Məlumata görə, Rusiya tərəfi hücum zamanı “İsgəndər-M/KN-23” tipli 3 ballistik raket və ümumilikdə 115 PUA-dan (“Şahid”, “Herbera”) istifadə edib.
Hücumun qarşısını Ukraynanın hava hücumundan müdafiə qüvvələri alıb.
Dronlar Kursk, Oryol, Millerovo, Şatalovo, Primorsko-Axtarsk və Krımın işğal olunmuş ərazisindəki Qvardeyskoye istiqamətlərindən buraxılıb.