AZ

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ: Qiymətlər belə olacaq…

Əmlak bazarında son aylarda ən çox müzakirə olunan mövzulardan biri kirayə qiymətlərinin dəyişib-dəyişməyəcəyi ilə bağlıdır. Paytaxt Bakıda tələb və təklif arasındakı disbalans, xüsusilə də söküntü və yenidənqurma işləri nəticəsində yaranan vəziyyət kirayə mənzil bazarına ciddi təsir göstərir. Bəs, yaxın aylarda kirayə qiymətlərində enmə ehtimalı varmı?

Əmlak eksperti Anar Nəsirov KONKRET.az-a açıqlamasında bildirib ki, yaxın aylarda kirayə mənzil bazarında qiymətlərin enməsi real görünmür. Onun sözlərinə görə, hər il Bakıda kirayə mənzillərə tələbat təklifi xeyli üstələdiyi üçün qiymətlər yüksəlir.

Azərbaycanda

“Paytaxtda aparılan söküntü və yenidənqurma işləri kirayə bazarına ciddi təsir göstərir. Belə ki, sökülən binalarda yaşayan sakinlər tikinti şirkətləri ilə razılaşmaya əsasən kirayə mənzillərlə təmin edilir. Bu isə bazarda kirayə evlərə əlavə tələbat yaradır və mənzillərin təkrar bazara qayıtmasının qarşısını alır.

Bugün 800 manata verilən evi sabah 900 manata da təklif etsəniz, insanlar məcbur qalıb götürürlər. Çünki seçim imkanı çox azalıb. Bazara çıxan evlər bir neçə saat ərzində tutulur”, – deyə Nəsirov vurğulayıb.

Onun sözlərinə görə, xüsusilə avqust, sentyabr və oktyabr aylarında , yeni dərs ili və iş mövsümünün başlaması ilə əlaqədar kirayə bazarında tələb kəskin artır, nəticədə qiymətlərdə yüksəliş müşahidə olunur.

Ekspert əlavə edib ki, yalnız təklif tələbi üstələdiyi halda kirayə qiymətlərində enmə mümkündür:

“Hazırkı şəraitdə isə qiymətlərin enməsindən söhbət gedə bilməz”.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
16
1
konkret.az

2Mənbələr