AZ

Bakı Londona məlumat verdi: İrəvanla danışıqlar, Rusiya təhlükəsi...

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə Böyük Britaniyanın daimi nümayəndəsi Anqus Lapsley ilə görüşüb. Tərəflər Sülh Naminə Tərəfdaşlıq proqramı, Azərbaycan-Britaniya münasibətləri, regional vəziyyət və 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən Azərbaycan-Ermənistan sülh görüşünün nəticələrini müzakirə ediblər.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Böyük Britaniya Qərbdə Azərbaycanın ən ciddi tərəfdaşlarından biridir:

“Bizim strateji əhəmiyyətli münasibətlərimiz var. Rəsmi London digər Avropa dövlətlərinin bir çoxundan fərqli olaraq Cənubi Qafqazla bağlı daha praqmatik siyasət ortaya qoyur. Bu baxımdan Azərbaycanın Cənubi Qafqazdakı son proseslər, o cümlədən Ermənistanla normallaşma barədə Britaniyanı məlumatlandırması çox normaldır”.

K.Novruzov bildirib ki, görüş zamanı ikitərəfli münasibətlərin müzakirəsi də gündəmdə ola bilər:

“Ehtimal etmək olar ki, diplomatlar həm də ikitərəfli münasibətlərin inkişaf dinamikası barədə danışıblar. Düşünürəm ki, Cənubi Qafqazda yeni reallıq Britaniya-Azərbaycan əlaqələrinin inkişafına da təkan verəcək. Çünki Britaniya bundan sonra Cənubi Qafqaza daha çox investisiya qoyacaq.

Bununla yanaşı, görüşün əsas mövzusu NATO ilə əməkdaşlıq olub. Burada xüsusi vurğulanmalıdır ki, Rusiya faktorunun regional təhlükəsizlikdə rolu və təsiri bu əməkdaşlıqda əsas istiqamətlərdən biridir. Azərbaycanın NATO ilə əlaqələrinin güclənməsi ordunun müasirləşdirilməsi və təhlükəsizlik sahəsində risklərin azaldılması baxımından böyük əhəmiyyət kəsb edir.

Eyni zamanda, Böyük Britaniya kimi nüfuzlu bir dövlətin regionda fəal iştirakı Azərbaycanın strateji maraqlarının müdafiəsində və regionda stabilliyin qorunmasında mühüm amil olaraq qalır. Bu baxımdan, Cəfər Hüseynzadə və Anqus Lapsley arasında aparılan müzakirələr Azərbaycanın həm NATO ilə, həm də Böyük Britaniya ilə ikitərəfli əlaqələrinin dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
globalinfo.az

1Mənbələr