Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Tibbi turizm və sağlamlıq turizmi üçün mərkəz yaratmaq ideyası var".
Oxu.Az xəbər verir ki, bu sözləri səhiyyə naziri Teymur Musayev I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel sessiyada deyib.
Onun sözlərinə görə, bu mərkəz yaşlı əhali üçün sağlamlıq xidmətlərinin idarəolunması sahəsində də unikal imkanlar təqdim edəcək:
"Bu, çox xüsusi bir layihədir və Səhiyyə Nazirliyi olaraq biz ona tam dəstək verəcəyik.
Qanunvericilik məsələlərinə gəldikdə isə layihənin sürətli və effektiv icrasını təmin etmək üçün xüsusi qanunvericilik yanaşması tətbiq olunacaq".
"Ənənəvi və standart yanaşmalar bu layihə üçün zəruri qanunvericilik infrastrukturunu təmin edə bilməz. Bu, həm operatorlar, həm də istifadəçilər üçün hüquqi cəhətdən təmin edilmiş və təhlükəsiz bir mühit yaradacaq", - deyə nazir qeyd edib.
Məhərrəm Əliyev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.