AZ

Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı

SOCAR İnvestisiya departamentinin sabiq rəhbər müavini, həbsdə olan iş adamı Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”da tutduğu vəzifədən çıxarılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə qurumun mətbuat katibi Fidan Seyidşahqızı məlumat yayıb.

 

“Adı çəkilən şəxs hazırda Milli Observatoriyanın əməkdaşı deyil, onunla əmək müqaviləsinə xitam verilmişdir” – o bildirib.

Tarix: 23 Sentyabr 2025, 14:00   
Seçilən
38
11
pravda.az

10Mənbələr