AZ

Bir il yarım davam edən öskürəyinin səbəbi balqabaq toxumu çıxdı

Malatyada bir xəstə təxminən bir il yarımdır davam edən öskürək şikayəti ilə xəstəxanaya müraciət edib.

E-saglam.az xəbər verir ki, müayinələr zamanı məlum olub ki, öskürəyə səbəb onun ağciyərlərinə yerləşmiş balqabaq toxumu olub.Battalgazi Dövlət Xəstəxanasına müraciət edən A.T., uzun müddətdir davamlı, quru öskürəkdən əziyyət çəkdiyini bildirib.

Obyekt uğurla çıxarıldıqdan sonra xəstənin öskürəsi tamamilə yox olub. Təxminən 18 aya yaxındır ki, simptomlarından xilas olan xəstə, sağlamlığına qovuşduğuna görə sevincini dilə gətirib, həkiminə və xəstəxana komandasına təşəkkür edib.

Dr. Ömer Emre Aşkın, "Davamlı öskürəklərin müxtəlif səbəbləri ola biləcəyini nəzərə almaq lazımdır. Bu vəziyyətdə olduğu kimi, tənəffüs yollarına yapışan yad cisimlər də xroniki öskürəyə səbəb ola bilər", - dedi.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
12
e-saglam.az

1Mənbələr