AZ

Meyxanaçılar Kərimə dəstək olmur Ağamirzədən açıqlama

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətində heç bir irəlləyiş yoxdur.

Bu barədə Qaynarinfo-ya meyxanaçı Ağamirzə Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, Ağakərimə baş çəkən meyxanaçıların sayı çox azdır:

"Demək olar ki, bir və iki nəfər gəlir, ya yox. HHeç kim ona baş çəkməyə getmir. Bu, yaxşı əlamət deyil, ildə bir dəfə xəstəyə baş çəkmək elə də çox vaxt aparmaz".

O, Ağamirzəyə həmkarlarının dəstək olmadığını da bildirib:

"Heç kəs dəstək olmur, bütün dərmanlar ailənin üstündə qalıb. Vəziyyət budur".

Qeyd edək ki, meyxanaçı Ağakərim Novruzov 2017-ci ildə insult keçirib. Ondan bir neçə il sonra müxtəlif illərdə iki dəfə insult keçirib.

Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
qaynarinfo.az

1Mənbələr