AZ

Aydın Kərimov Şuşanın Baş Planından danışıb

Şuşanın Baş Planı çərçivəsində investorlar üçün potensial daşınmaz əmlak layihələrinin həyata keçirilməsi üçün müəyyən edilmiş ərazilər açıqlanıb. Bu barədə Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) 2-ci günündə məlumat verib.

Kərimov bildirib ki, hazırda beynəlxalq məsləhətçilərlə birgə investorlar üçün texniki və iqtisadi əsaslandırmalar hazırlanır.

“Paralel olaraq, qonaqpərvərlik xidmətləri sahəsində inkişaf planları da həyata keçirilir. Məqsədimiz Şuşada nüfuzlu beynəlxalq otel brendlərini cəlb etməkdir”, –  o, əlavə edib.

Bundan başqa, Kərimov, dövlət proqramı çərçivəsində zəruri səhiyyə infrastrukturunun yaradılmasına da xüsusi diqqət ayrıldığını bildirib. Şuşa Sağlamlıq Mərkəzinin artıq istifadəyə verildiyini qeyd edən Aydın Kərimov, burada sanatoriya-reabilitasiya xidmətləri, əməliyyat sonrası bərpa və xüsusi tibbi xidmətlər göstərildiyini, həmçinin bioloji testlər üçün müvafiq imkanların yaradıldığını vurğulayıb.

Şuşa ətrafındakı mineral su ehtiyatlarının şəhərə gətirilməsi üzrə də işlərin davam etdiyini bildirən Kərimov, bu addımların bölgədə həm səhiyyə, həm də turizm infrastrukturunun inkişafına mühüm töhfə verəcəyini qeyd edib.

Aytac 

Seçilən
22
anews.az

1Mənbələr