AZ

Rusiya Ukraynanın neft qaz sektoruna ağır zərbə vurub

ain.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hurriyyet.az xəbər verir ki, Rusiyada Ukraynada neft emalı istehsalını və qaz hasilatının demək olar, yarısını məhv edib.

Ukraynanın "Naftoqaz" şirkətinin rəhbəri Sergey Koretski "Vaşinqton Post" nəşrinə müsahibəsində Rusiyanın Ukraynanın energetika infrastrukturuna zərbələri nəticəsində neft emalı sahəsinin tamamilə sıradan çıxarıldığını, qaz hasilatının 42 faiz azaldığını bildirib.

Ukrayna rekord həcmdə - 6 milyard kubmetr qaz idxal etməli olacaq. İmzalanmış müqavilələr tələbatın 95 faizini ödəyəcək, lakin bu, yalnız qışın mülayim keçəcəyi təqdirdə mümkündür.

Ekspertlərin rəyinə görə, qaz infrastrukturu — ölkənin energetika sisteminin ən həssas bəndidir, onu hücumlardan qorumaq çox çətindir. İstilik təchizatı mövsümünün astanasında Rusiyanın energetika sahələrinə yenə də hücumlar edəcəyi gözlənilir.

Hürr Tərcüman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
hurriyyet.az

2Mənbələr