AZ

“Açığı, təəccüblənmədim - Premyer Liqada səviyyə yüksəkdir”

"Karvan" Premyer Liqanın 5-ci turunda "İmişli"yə 0:0 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, Yevlax təmsilçisinin yarımmüdafiəçisi Kayl Spens bu haqda danışıb.

- Oyun haqda fikirlərini bölüşərdin...

- Çətin oyun oldu, xüsusən də ilk 15 dəqiqədə iki qol buraxmağımız işimizi çətinləşdirdi. Amma yenə də mübarizə aparmağa çalışdıq. Sadəcə, bizim günümüz deyildi. Səhvlərimizi düzəltməli və növbəti oyuna hazırlaşmalıyıq.

- Ümumilikdə, komanda bir sıra hallarda çox sadə top itkiləri etdi. Səncə, bu komandanın məşq sistemiylə bağlıdır, oyunçular bir birini yaxşı başa düşmür?

- Mən belə deməzdim. Bu, sadəcə futboldur, belə səhvlər də bu oyunda olur. Biz isə bunları düzəltməli və komanda şəklində daha yaxşı oynamağa çalışmalıyıq.

- Şəxsi məqsədin və komandanın bu mövsüm üçün hədəfləri nələrdir?

- Məncə, komanda üçün Premyer Liqada qalmaq real məqsəddir. Əlbəttə, Avropaya getmək də arzularımızdan biridir. Amma mövsüm uzundur. Sona qədər birlikdə çalışmalı, mübarizə aparmalıyıq. Şəxsi olaraq da maksimum yaxşı performans göstərmək istəyirəm.

- Ümumilikdə Azərbaycana adaptasiya olmaq və burada futbol oynamaq barədə nə deyə bilərsən?

- Açığı, təəccüblənmədim, Premyer Liqada səviyyə həqiqətən də yüksəkdir. Burada yaxşı oyunçular çoxdur. Çox sürətli və dinamik çempionatdır. Mən yaxşı mənada təsirləndim və bu futbol mənim xoşuma gəlir.

Seçilən
11
2
sportinfo.az

3Mənbələr