AZ

Ukrayna Rusiyaya hava şarları ilə hücum edib – FOTO

Ukrayna PUA-larının Rusiya regionlarına gecə hücumu zamanı çoxlu sayda hava şarlarından istifadə edilib.

KONKRET.az xəbər verir ki, bu barədə RBC Rusiya Müdafiə Nazirliyinə yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Rusiya hava hücumundan müdafiə qüvvələri əvvəllər şarlardan istifadə etməklə irimiqyaslı hücumlar qeydə almayıb. “Həqiqətən də çoxlu sayda şar var idi, lakin onların dəqiqliyi olduqca aşağı idi”, – mənbə qeyd edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukraynanın “Exilenova+” Teleqram kanalı hava hücumundan müdafiə qüvvələrinin Moskva vilayətində “karton pilotsuz uçan aparatları və şarları”nı  vurması barədə məlumat yayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
46
2
konkret.az

3Mənbələr