Belçika Baş naziri Bart De Vever BMT Baş Assambleyasının sessiyasında açıqlayıb ki, ölkəsi Fələstin dövlətçiliyini tanıyan ölkələr qrupuna qoşulub.
News365.az xəbər verir ki, Baş nazir bildirib ki, İsrailin bəzi siyasətçiləri, o cümlədən Benyamin Netanyahunun “Fələstin dövləti olmayacaq” bəyanatları Belçikanın fələstinlilərə dəstəyini gücləndirmək üçün əlavə səbəbdir.
“Belçika hər zaman iki dövlət prinsipini dəstəkləyib və indi Nyu-York Bəyannaməsini imzalayan ölkələr sırasına qoşulub. Yalnız belə bir yanaşma İsrail və Fələstin xalqlarına sülh və təhlükəsizlik şəraitində yan-yana yaşamaq imkanı verəcək. Bu qərar vasitəsilə Belçika dünyaya güclü siyasi siqnal göndərir” – deyə Bart De Vever vurğulayıb.
News365.az