AZ

"Fələstin üçün donorlar qrupu yaradılacaq, Qəzza bərpa olunmalıdır"- Ursula fon der Leyen

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen “Euronews”a verdiyi açıqlamada bildirib ki, gələcəkdə yaradılacaq Fələstin dövləti təhlükəsiz və dayanıqlı olmalıdır.

Onun sözlərinə görə, sülh üçün əsas şərtlər təhlükəsiz İsrail, həyat qabiliyyətli Fələstin dövləti və Həmas təhlükəsinin aradan qaldırılmasıdır:

“Müharibənin ilk günlərindən Avropa Fələstin administrasiyasına dəstək göstərib, lakin daha çox iş görməliyik. Bu məqsədlə donorlar qrupu yaradılacaq və Qəzzanın bərpası üçün Avropa ölkələri digər donorlarla koordinasiyalı xüsusi mexanizm hazırlayacaq. Qəzza bərpa edilməlidir”.

BMT və Dünya Bankının hesabatına əsasən, 2024-cü ilin yanvar ayına qədər Qəzza sektorunun infrastrukturuna dəyən zərər 18,5 milyard dollar təşkil edib. Zərər yaşayış binalarını, kommersiya müəssisələrini, sənaye obyektlərini, həmçinin təhsil, səhiyyə və energetika sahələrini əhatə edib.

News365.az

Seçilən
22
news365.az

1Mənbələr