AZ

Rusiya məhkəməsi Ağalarovların əmlaklarına həbs qoyur

“Crocus City Hall”da baş vermiş terror aktı qurbanlarının müdafiəsi qrupu Ağalarovların əmlaklarına həbs qoyulması üçün petisiya verir.

Vəkil İqor Trunovun sözlərinə görə, Rusiya İstintaq Komitəsi iş adamları Araz Ağalarov və onun oğlu Emin Ağalarovun “Crocus City Hall”dakı terror aktı ilə bağlı cinayət işi üzrə aktivlərinə həbs qoyulması ilə bağlı vəsatəti qəbul edib.

Müraciətdə Rusiya İstintaq Komitəsindən “Crocus Group”, “Crocus” ASC, “Crocus Profi” özəl mühafizə şirkəti və “Crocus International” ASC-nin sahiblərinin aktivlərinə həbs qoyulması üçün təcili tədbirlər görülməsi xahiş olunur, çünki “Ağalarovların qurumları yanğınsöndürmə sistemlərinin istismarına, qəza çıxışlarına nəzarətə və binanın təhlükəsizliyinə cavabdeh idi”.

Seçilən
33
moderator.az

1Mənbələr