AZ

Qohum evliliyi üçün görün nəyə əl atılır Bu əməl aşkarlansa...

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bəziləri qohumlar arasında ailə qurmaq imkanını qorumaq üçün övladlarından qanuni imtinaya əl atırlar. Bu prosedurdan sonra rəsmi qohumluq əlaqəsinə son qoyulur və onların qanuni nikaha daxil olmasına icazə verilir.

Belə şey mümkündürmü? Qan bağı qaldığı halda evlilik necə olur? Valideynlər övladından imtina edəndə qohum evliliyini reallaşdırmaq rahat olurmu? Bu hal necə aşkarlana bilər?

Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, qanunvericilikdə övladdan və ya valideyndən imtina anlayışı mövcud deyil.

Onun sözlərinə görə, hüquqi baxımdan yalnız valideynin hüquqlarının məhdudlaşdırılması mümkündür:

“Əgər bir şəxsin övladlığa götürülməsi nəzərdə tutulursa, bu, yalnız əsaslandırılmış şəkildə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq rəyi və məhkəmə qərarı əsasında həyata keçirilə bilər.

Ramil Süleymanov

Hazırkı halda proses artıq gecikdiyi üçün, istənilən halda tərəflər qeydiyyat orqanına müraciət etdikdən sonra bir ay müddətində araşdırma aparılır. Bu araşdırma zamanı qeydiyyat şöbəsinin əməkdaşları tərəfindən hər hansı şübhəli məqam aşkar olunarsa, həmin müraciətə imtina verilə və nikahın rəsmiləşdirilməsi qadağan oluna bilər”.

Ramil Süleymanov belə halların baş verməsiunin mümkünsüz olduğunu vurğulayıb:

“Bu səbəbdən vətəndaşlar düşünməsinlər ki, qanunsuz yollarla nikahlarını rəsmiləşdirə bilərlər. Belə hallara yol verilməyəcək və müvafiq icazə təqdim olunmayacaq”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
globalinfo.az

2Mənbələr