AZ

Adnan Əhmədovun Bakıdakı əmlaklarına və bank hesablarına həbs qoyuldu

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən  iş adamı Adnan Əhmədzadənin Azərbaycandakı əmlaklarına həbs qoyulub.

"Cebheinfo.az" xəbər verir ki, Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi xəbərə görə, iş adamına məxsus “Port Baku”dakı mənzilinə, bazarına, bundan başqa bu yaxınlarda "Sea Breeze"-də aldığı yeni bir neçə mənzilə, çoxsaylı avtomobillərinə həbs qoyulub.

Bundan başqa Adnan Əhmədzadənin özünün və həyat yoldaşı Gülsəfa Cəfərovanın Azərbaycan banklarındakı hesabları da bloklanıb.

Qeyd edək ki, Adnan Əhmədzadə bir neçə gün əvvəl həbs edilib.

Ona qarşı mənimsəmə, dövlətin iqtisadi təhlükəsizliyinə təhdid yaradan cinayətlər üzrə ittiham elan olunub.

"Cebheinfo.az" 

Seçilən
23
33
cebheinfo.az

10Mənbələr