AZ

27 Sentyabr – Azərbaycan Ordusunun qəhrəmanlıq səlnaməsinin başlandığı gün

Bakı. Trend:

Beş ildir ki, hər ilin 27 sentyabrında Azərbaycan xalqı başıdik, qürurla və ehtiramla şəhidlərini yad edir. Bu tarix bir xalqınəsrlərlə davam edən ədalətsizliyə qarşı hayqırtısı, torpaqhəsrətinə son qoymaq üçün bir millətin ayağa qalxdığı gündür. 27sentyabr 2020-ci il Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir.Məhz bu gündən etibarən xalqımız 30 ilə yaxın davam edən erməniişğalına "yetər!" dedi və tariximizin ən şanlı səhifələrindənbirini yazmağa başladı. Vətən müharibəsində canını torpaq uğrundafəda edən oğulların qəhrəmanlığı bu günü həm kədər, həm də qürurgünü kimi yaddaşlara həkk etdi. Azərbaycan xalqı bu gündə 44 günboyunca döyüş meydanında qanı və canı ilə tarix yazan qəhrəmanVətən oğullarının xatirəsini sonsuz ehtiramla anır. Bu gün eynizamanda, 200 ildən artıq davam edən erməni təcavüzkarlığına vədüşmənçiliyinə verilən ən qəti və ədalətli cavabın rəmzidir. Butarix həm də bütün dünyaya, xüsusən də düşmənlərimizə Azərbaycanıngücünü, əsgərinin şücaətini, xalqının birliyini və dövlətiniradəsini nümayiş etdirdi. Bir sözlə, 27 Sentyabr Prezident İlhamƏliyevin “Qarabağ Azərbaycandır və nida!” sözlərinin gerçəyəçevrildiyi, xalqın bu amal uğrunda bir yumruq kimi birləşdiyigündür.

2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşıbaşladığı növbəti hərbi təcavüzə cavab olaraq Müzəffər Ali BaşKomandanın rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakıtorpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladı.Artıq səbirlər tükənmişdi. Hər kəs o günü, Müzəffər Ali BaşKomandanın əmrini gözləyirdi. Otuz il davam edən beynəlxalqriyakarlıq, ikili standartlar, münaqişənin nizamlanması üçünyaradılmış Minsk Qrupunun nəticəsiz fəaliyyəti, kağız üzərindəqalan beynəlxalq qətnamələr və Ermənistanın bu illər ərzindəərazilərimizdə törətdiyi təxribatlar, təmas xətti boyunca dincəhalimizə atəş açması xalqın səbr kasasını doldurmuşdu.

2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Tovuz döyüşləri vəsentyabrın 27-də ölkəmizə qarşı başlanan növbəti təcavüz bir dahabütün dünyaya göstərdi ki, Azərbaycan bu işğalla heç vaxtbarışmayacaq. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzə sonqoymaq məqsədilə Ali Baş Komandan, Prezident İlham Əliyev dərhalbütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Beləliklə, rəşadətliAzərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti vəbeynəlxalq hüququ bərpa etmək üçün silaha sarıldı. Ali BaşKomandanın döyüş əmri bizi Qarabağ arzumuza yaxınlaşdıran tarixigünün başlanğıcı oldu. O gün millətin daxilində illərlə yığılıbqalan döyüş ruhu və birlik hissləri sanki vulkan kimi püskürdü.Dövlət başçısının xalqa müraciətində dediyi “Biz haqq yolundayıq.Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir,Qarabağ Azərbaycandır!” sözləri əsgərimizin döyüş əzmini daha dagücləndirdi.

Bəli, xalqın çoxdan gözlədiyi gün gəlmişdi. “Vətən biziçağırır!” deyərək könüllü cəbhəyə yollanan gənclərin üzlərindəsevinc, gözlərində isə qisas hissi vardı. Vətən uğrunda şəhidliyimükafat olaraq qəbul edən Azərbaycan oğulları 44 gün ərzində necədöyüşdüklərini, Vətən borcuna necə sadiq olduqlarını bütün dünyayanümayiş etdirdilər. Döyüş meydanında da, arxa cəbhədə də hər kəsbir məqsədə xidmət edirdi: Rəhbər, ordu və xalq birliyi. Bu isəVətən müharibəsində qələbəni şərtləndirən əsas amil oldu.Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedəndöyüşlərdə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədəgecə-gündüz çalışan mülki insanlar və bütövlükdə xalqımızıniradəsi, bir yumruq kimi birləşməsi düşmənə sarsıdıcı zərbələrendirdi. Qan-qadasız, itkisiz müharibə olmur. Hər qazanılan zəfərinarxasında qəhrəman şəhidlərin qanı var. Torpaq şəhidlərin qanı iləVətən olur. Bu mənada xalq oğullarını necə təntənə ilə cəbhəyə yolasalırdısa, şəhidlərini ondan da böyük izdihamla qarşılayırdı.Üçrəngli bayrağımızı öpüb bağrına basan, “Vətən sağ olsun” deyənneçə-neçə mətanətli şəhid valideyni gördük. Bütün dünya Azərbaycanəsgərinin şücaətinə şahidlik etməklə yanaşı, “Ermənistanın güclüordusu var”, “erməni xalqı döyüşkən xalqdır” kimi miflərin sadəcəuydurma olduğunu da anladı.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, bayrağımızıişğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkəmizin ərazibütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin,bütün şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Prezidentİlham Əliyevin 27 sentyabrın Anım Günü kimi qeyd olunması ilə bağlıimzaladığı Sərəncam şəhidlərimizə və onların doğmalarına aliehtiramın göstəricisidir.

Qarabağda tarix yazan Vətən oğullarına vəfa borcumuz isə hərgün, hər an davam edir. Unutmamalıyıq ki, bu gün Qarabağa BöyükQayıdışın sevinci onların sayəsindədir. Bu gün viran qalmış yurdyerlərimizdə yanan işıqlar öz nurunu şəhid ruhlarından alır.Qəhrəman Azərbaycan əsgərinin ayaq izlərinin açdığı cığırlabaşlayıb doğma Şuşamıza uzanan möhtəşəm Zəfər yolu onlarınəsəridir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş torpaqlardabu gün çoxşaxəli layihələr həyata keçirilir. 1990-cı illərdə yenicəmüstəqilliyini əldə etmiş Azərbaycan Ermənistanın təcavüzü iləüz-üzə qalmış, daxildə isə siyasi çəkişmələr, dövlətçiliyə təhlükəyaradan qüvvələr ölkəni uçuruma aparırdı. Belə bir zamanda xalqınisrarlı tələbi ilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışıvəziyyəti sabitləşdirdi, vətəndaş müharibəsinin qarşısını aldı.

Xalqımızın qarşısında duran növbəti böyük hədəf torpaqlarımızınişğaldan azad edilməsi idi. Amma ermənipərəst güclər bu məsələninhəllini sonsuzadək uzatmağa çalışırdı. ATƏT-in Minsk qrupu 28 ilərzində sadəcə bölgəyə turist kimi səfərlər etməklə işlərini bitmişhesab edirdilər. Məqsədləri münaqişəni Ermənistanın xeyrinədondurmaq idi. Nəhayət, 2020-ci ilin Vətən müharibəsində Azərbaycanözü ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının yerinəyetirilməyən 4 qətnaməsi hərb meydanında reallığa çevrildi.Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdam, Laçın və Kəlbəcərbir güllə atılmadan azad olundu. 2023-cü ilin sentyabrında 23saatlıq antiterror tədbirləri ilə separatizmə son qoyularaq dövlətsuverenliyimiz tam təmin edildi.

Bu qələbə ilə Cənubi Qafqazda yeni reallıqlar formalaşdı.Təhlükəsizlik, dayanıqlı sülh və əməkdaşlıq üçün zəmin yarandı.Bütün bunlar Prezident İlham Əliyevin 22 illik qətiyyətli siyasəti,sərrast diplomatiyası və xalqın dəstəyi ilə mümkün oldu. Prezidentİlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən bir nömrəli vəzifə kimitorpaqlarımızın işğaldan azad edilməsini və məcburi köçkünlərindoğma yurdlarına qayıdışını qarşısına məqsəd qoydu. Həmin vaxtdanetibarən milli maraqlarımızın təmin olunması uğrunda məqsədyönlü vəuzaqgörən siyasət yürüdən qalib lider Prezident İlham Əliyev dünyagücləri ilə bərabər səviyyədə mübarizə apararaq Azərbaycanıbütövləşdirdi. Beləliklə, o, həm də Ulu Öndər Heydər Əliyevinvəsiyyətini gerçəkləşdirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşaya, Xankəndiyə,Kəlbəcərə, Laçına qayıdış sadəcə torpağa deyil, kimliyə, tarixə vəmilli qürura qayıdış oldu. Xankəndidə beynəlxalq və yerli medianümayəndələri ilə keçirilən görüş zamanı Prezident İlham Əliyev bumüqəddəs vəzifənin onun üçün hansı əhəmiyyət daşıdığını belə ifadəetdi: “Əgər bilsəydim ki, torpaqları geri qaytara bilməyəcəyik, bizbəlkə də daha 17 il gözləyəcəkdik, sonra yenə 17 il. O zaman artıqmən olmayacaqdım və bu, vacib olmayacaqdı. Mən mənəvi baxımdanhazır idim ki, bunu kimsə başqa biri edəcək. Amma başa düşürdüm ki,əgər mən etməsəm, yəqin ki, bunu heç kim edə bilməz. Bu, bəlkə dəçox iddialı səslənə bilər, amma bu, sadəcə, mənim fikirləşdiyim idivə xatirələrimi bölüşürəm. Qələbəmiz ədalətli və tam bir qələbədir.Bu Qələbə göstərdi ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır.Bu ədaləti əldə etmək üçün hər gün işləmək, hər gün qələbəyəyaxınlaşmaq lazımdır. Ən vacib amil isə cəmiyyətin həmrəyliyidir.Həmrəyliyin Prezident, Ali Baş Komandan olaraq mənə verdiyi mənəvigüc çox böyük idi. Əmin idim ki, xalq mənim arxamda dayanacaq. Buda yəqin ki, həlledici amillərdən biri oldu.” Bu fikirlər artıqtarixin yaddaşına yazıldı.

Hər günü bir dastan, hər anı bir qəhrəmanlıq salnaməsi olan bumüharibə, Azərbaycan tarixinin ən şanlı və ən möhtəşəmsəhifələrindən biri kimi əbədi yaddaşlara həkk olundu. O səhifələrşəhidlərimizin müqəddəs qanı, qazilərimizin rəşadəti, xalqımızınsarsılmaz iradəsi və ən əsası, qalib sərkərdəmiz, Ali Baş Komandan,Prezident İlham Əliyevin qətiyyəti ilə möhürləndi. Prezident İlhamƏliyev bir millətin 30 illik həsrətinə, Qarabağ dərdinə son qoydu.O, yalnız torpaqları deyil, xalqın ümidini, ləyaqətini, millikimliyini geri qaytardı. Şuşaya qayıdışı ilə xalqın mədəni ruhunudirçəltdi, Xankəndini azad edərək ədaləti bərpa etdi, Laçını vəKəlbəcəri isə sülh yolu ilə, siyasi iradə və qətiyyətlə geri aldı.Bu tarixi ədalətə, əzəli həqiqətə, xalqın milli heysiyyatınaqayıdış idi.

Bu, zamanın axarında pozulmağa çalışılan yaddaşın bərpası, milliruhun yenidən doğuluşu idi. Bu gün artıq Qarabağda həyat bərpaolunur. İllərlə viran qalan şəhərlər yenidən dirçəlir. Füzuli,Zəngilan, Qubadlı, Ağdam, Şuşa və digər bölgələrdə yollar çəkilir,məktəblər, xəstəxanalar, evlər inşa olunur. Qarabağda həyat var,çünki artıq orada Azərbaycan əsgəri var, Azərbaycan bayrağıdalğalanır, Azərbaycan xalqı öz doğma yurduna qayıdır. Bu günQarabağda yanan hər bir işıq, əsən hər bir bayraq, atılan hər birbərpa addımı bir daha sübut edir: Qarabağ Azərbaycandır! Bu, artıqsadəcə bir şüar deyil bu, tarixdir, bu, gerçəkdir, bu, xalqınqələbə salnaməsidir! Azərbaycan xalqı bu Zəfəri unutmur və heçzaman unutmayacaq. Qalib Ordumuzun, şəhidlərimizin və Müzəffər AliBaş Komandanın yazdığı bu şanlı tarix hər birimizin mənəvi borcuduryaşatmalı, gələcək nəsillərə ötürməliyik. Çünki bu Zəfərin müəllifixalqı ilə birgə bir yumruq kimi birləşərək tarix yazan, iradəsi ilətorpaqları azad edən, sarsılmaz liderliyi ilə düşmənə diz çökdürənMüzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir.

Cəlil Xəlilov,
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı QüvvələrVeteranları Təşkilatının sədri, polkovnik

Məqalədə:
Seçilən
39
az.trend.az

1Mənbələr