AZ

Qəzzadakı xəstəxanalar bağlanmaq təhlükəsi altındadır

ain.az, Azvision portalına istinadən məlumat verir.

Britaniyanın "The Guardian" qəzetinin xəbərinə əsasən, bu barədə Qəzzanın iranyönümlü HƏMAS qruplaşması nəzarətindəki Səhiyyə Nazirliyi "Telegram" kanalında məlumat yayıb. Bildirilib ki, hazırkı mərhələdə xəstəxanaların həftənin sonunadək bağlanması nəzərdə tutulur. "Qəzza zolağında qalan tibb müəssisələrində yanacaq çatışmazlığı kritik həddə çatıb. Həyati vacib şöbələr öz fəaliyyətini bir neçə gün dayandıra bilər ki, bu da, öz növbəsində, sağlamlıq böhranının böyüməsi, xəstə və yaralıların həyatının ölüm təhlükəsi altında qalması deməkdir. Səhiyyə Nazirliyi gözlənilməz nəticələrdən yayınmaq məqsədilə yanacaq ehtiyatının artırılması üçün aidiyyəti təşkilatları köməyə çağırır", - məlumatda vurğulanıb. Eyni zamanda, zolaqda yerləşən "Əl-Rəntisi" uşaq xəstəxanası, habelə Qəzza şəhərindəki göz xəstəxanası İsrail Hərbi Hava Qüvvələrinin aviazərbələri nəticəsində xidmətdən kənar qalıb. Xatırladaq ki, İsrail Ordusu Qəzza şəhərinin mühasirəyə alınması məqsədilə son günlərdə hərbi əməliyyatlarını genişləndirib. Firudin Həmidli

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
azvision.az

1Mənbələr