AZ

Kopenhagen Hava Limanı uçuşlara bağlanıb?

Danimarkanın ən böyük hava limanı olan Kopenhagen Hava Limanı hava məkanında pilotsuz uçuş aparatlarının görünməsi səbəbilə bir müddət bağlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hava limanında dron həyəcanı səbəbindən bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb, lakin gecə saatlarında yenidən bərpa edilib.

Polisin verdiyi məlumata görə, hava məkanında 2-3 böyük dron müşahidə edilib. Bu səbəbdən bazar ertəsi axşamı hava limanının bütün əməliyyatları dayandırılıb.

Hava limanının açıqlamasına əsasən, 31 reys başqa istiqamətlərə yönləndirilib, hadisədən 20 min sərnişin təsirlənib.

 Dronların haradan və kim tərəfindən idarə edildiyi hələlik məlum deyil. Polis hadisənin mənbəyini araşdırır, lakin istintaq davam etdiyi üçün əlavə məlumat verilmədiyini bildirib.

Uçuşlar təhlükəli bir vəziyyətin olmadığı rəsmən açıqlanandan sonra yenidən bərpa olunub.

Seçilən
35
operativmm.az

1Mənbələr