AZ

Boks Federasiyası azyaşlı idmançını aşağılayan məşqçiyə töhmət verdi

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Son vaxtlar boksla bağlı artan şikayətlərə daha biri əlavə olunub.

Bununla bağlı Fanat.Az-ın elektron poçtuna video göndərilib.

Görüntülərdə boks məşqçilərindən biri azyaşlı idmançıya aşağılayıcı davranış sərgiləyir, hətta şillə də vurur. 

Azyaşlının hüquqlarını qorumaq üçün həmin görüntüləri yaymağı lazım bilmirik. Sadəcə, videonu Boks Federasiyasına ünvanlayaraq xoşagəlməz hadisəyə münasibət öyrəndik. Qurumun mətbuat xidmətindən sorğumuza belə cavab verilib: 

"Yayılan videodan xəbərimiz var və bu, tərəfimizdən ətraflı araşdırılıb. Buna yol verən məşqçisə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilib".

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
fanat.az

2Mənbələr