AZ

“Sanki uşaqlar unudulur, taleyin öhdəsinə buraxılır”

ain.az, Adelet.az saytına istinadən bildirir.

Artıq bununla neçənci dəfədir ki, məktəblilər arasında bıçaqlanma hadisəsi baş verir. Dünən Xaçmazda peşə məktəbində şagirdlər arasında mübahisə zamanı bir nəfərə qayçı ilə xəsarətlər yetirilib. 

Bəs nə baş verir? Niyə axı məktəblilər üzərlərində bıçaq və müxtəlif kəsici alətlər gəzdirirlər?

Məsələylə bağlı professor Qulu Məhərrəmli Adalet.az-a bunları deyib:

“Hər şey tərbiyəyə, uşağı necə böyütməyə, onun davranışlarına, düşüncəsinə, bu düşüncənin formalaşmasına nəzarətlə bağlıdır. Məktəblər ümumiyyətlə buna nəzarət eləmir və heç bilmirəm ki, bu nə qədər effektlidir. Amma əlbəttə ki, ailə birinci növbədə yeniyetmə uşaqlar üçün onların düşüncəsi, davranışı, münasibəti ilə bağlı çox ciddi məsuliyyət daşıyır. İkinci bir tərəfdən hamısı müəyyən dərəcədə, müəyyən yaşdan sonra sərbəstdirlər. Əllərində telefon, əlavə bilgi, kriminala bağlılıq. Bunlar da bu və ya digər formada buna təsir edir. Amma əlbəttə ki, ata, ana uşağın davranışına, necə danışır ona çox ciddi nəzarət etməlidir. Yəni ona görə də o gedir başqa bir çirkli mühitə düşəndə o cür hərəkətlərə yol verir. Əlbəttə ki, bu çox ciddi təəssüf doğurur. Sanki uşaqlar unudulur, taleyin öhdəsinə buraxılır və nəticədə də belə hadisələr baş verir. Bununla bağlı ciddi həyəcan təbili çalınmalıdır”. 

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
adalet.az

2Mənbələr