AZ

Nyu-York polisi Makronun maşınını saxladı

Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası ərəfəsində diplomatik kortejlərlə bağlı maraqlı insident yaşanıb. Belə ki, ABŞ Prezidenti Donald Trampın korteji üçün bütün yollar bağlandığı anda Fransa Prezidenti Emmanuel Makronun avtomobili də polis tərəfindən saxlanılıb.


XəzərNews.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Makronun maşından düşərək Trampa zəng etməsi əks olunub.

Kadrlarda Fransa liderinin telefonda Trampa zarafatla "Yolu aç" dediyi də eşidilir.

Hadisə iştirakçıların və şahidlərin gülüşünə səbəb olub./oxu.az




Xəbər 4 dəfə oxunub.
Seçilən
4
5
xezernews.az

8Mənbələr