AZ

Gərgin sərhəd vəziyyəti: İsrail nümayəndə heyəti Misirə SƏFƏR ETDİ

Gərgin sərhəd vəziyyəti fonunda İsrail nümayəndə heyəti Misirə səfər edib.

İnterpress.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Ərəbi Əl-Cədid” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, İsrailin yüksək rütbəli nümayəndə heyəti İsraillə sərhəd bölgələrində və Misirlə Qəzza zolağı arasında təhlükəsizlik tədbirlərini müzakirə etmək üçün sentyabrın 22-də Qahirəyə səfər edib.

Görüş İsrail tərəfinin tələbi və ABŞ-nin koordinasiyası ilə keçirilib.

Mənbələrin verdiyi məlumata görə, danışıqlarda Misirlə Qəzza zolağının sərhədində yerləşən və hazırda İsrail ordusunun nəzarətində olan Filadelfi dəhlizi boyunca müşahidə kameraları ilə təchiz edilmiş hündürmərtəbəli rabitə qüllələrinin İsrail tərəfindən quraşdırılmasına Misirin etirazları müzakirə edilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
15
interpress.az

1Mənbələr