Azərbaycan Kubokunun 2025/2026 mövsümündə I təsnifat mərhələsinin oyun cədvəli açıqlanıb.
Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmalar saat 14:00-da başlayacaq.
Azərbaycan Kuboku
I təsnifat mərhələsi
9 oktyabr (cümə axşamı)
"Şəki Siti" – "Araz Saatlı"
"Rekord Arena"
"Qaradağ Lökbatan" – "Ağdaş"
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
"Dinamo" – "Kür-Araz"
Binə qəsəbə stadionu
"Ağstafa Gəncləri" – "Şirvan"
Ağstafa şəhər stadionu
10 oktyabr (cümə)
"Göygöl" – "Şəmkir"
Göygöl Olimpiya İdman Kompleksinin stadionu
"Quba" – "Xankəndi"
Quba Olimpiya İdman Kompleksinin stadionu