AZ

Aktyorlara aktrisalardan daha çox dəyər verirlər

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyəli aktrisa Şebnem Bozoklu "Seda Sayan ile her şey masada" layihəsində qonaq olub.

Axşam.az xəbər verir ki, aktrisa Türkiyədə aktyorlara aktrisalardan daha çox dəyər verildiyini açıqlayaraq bundan gileylənib.

"Çəkiliş meydançasında heç bir təzyiqə və ya bullinqə məruz qalmamışam. Amma bir qadın olaraq həmişə hiss etmişəm ki, aktyorlara aktrisalardan daha çox dəyər verilir. Aktyorlar həmişə özlərini rahat hiss edirlər. Bu, mənim müşahidə etdiyim, yaşadığım və aktrisalarla tez-tez müzakirə etdiyim mövzudur. Bu, həm də bu ölkədə kişilərin böyüdülməsi ilə bağlıdır. Onlar lordlar, bir az da şahzadələr kimi yetişdirilir" deyə, o, bildirib.

Aktrisalar Yıldız Çağrı Atiksoy, Hayal Köseoğlu həmkarlarının fikirlərini təsdiqləyib.

Qeyd edək ki, Şebnem son olaraq "Kızılcık şerbeti"ndə rol alıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
axsam.az

1Mənbələr