AZ

Türkiyədə uşaq bağçasında şiddət iddiaları – Müəllimlər işdən uzaqlaşdırıldı + FOTOLAR

Diyarbakırın Kayapınar rayonunda yerləşən özəl uşaq bağçasında uşaqlara qarşı pis rəftar edildiyinə dair görüntülər yayılıb. Valideynlərin şikayəti əsasında araşdırma başladılıb.

Ailə və Sosial Xidmətlər Nazirliyi hadisəyə reaksiya verərək bildirib ki, şiddət tətbiq etdiyi iddia edilən müəllimlər bağça rəhbərliyi tərəfindən işdən uzaqlaşdırılıb və nazirlik məhkəmə prosesinə müdaxilə edib.

News365.az-ın məlumatına görə, valideynlər uşaqların davranışlarında dəyişiklik görərək təhlükəsizlik kameralarının görüntülərini tələb ediblər. Kadrlarda müəllimlərin uşaqlara kobud davrandığı, qışqırdığı, onları məcburi şəkildə “düşünmə küncünə” göndərdiyi, ağlayan uşaqlarla istehza etdiyi və hətta bir uşağın digərini boğazladığı anda müəllimin müdaxilə etmədiyi əks olunub.

Valideynlər faktlarla birlikdə müəllimlər və bağça rəhbərliyi barəsində prokurorluğa müraciət ediblər.

Nazirliyin açıqlamasında deyilir: “ALO 183 Şiddətlə Mübarizə Xəttinə daxil olan şikayətin ardından dərhal araşdırma başladılıb. Müfəttiş təyin olunaraq iddialar hərtərəfli yoxlanılır. Nazirlik olaraq məsələni diqqətlə izləyirik.”

News365.az


Seçilən
14
news365.az

1Mənbələr