AZ

Rusiyada hindistanlılar zorla müharibəyə aparılırlar?

ain.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Hurriyyet.az xəbər verir ki, Rusiyada hindistanlı tələbəni zorla müharibəyə aparıblar.

30 yaşlı Rakeş Kumar təhsil almaq üçün tələbə vizası ilə Peterburqa gedib. Lakin tezliklə ailəsinə xəbər verib ki, onu zorla Rusiya ordusuna cəlb edərək Donbassa aparıblar. Bir müddət sonra pasportunu və sənədlərini müsadirə ediblər. Rusiya nömrələrindən gedən qısa zənglərdən sonra onunla əlaqə kəsilib. Gəncin doğmaları Hindistan XİN-ə və Moskvadakı səfirliyə müraciət ediblər.  

"The Times of India" nəşrinin məlumatına görə, bu, birinci belə hal deyil: azı 20 nəfər Hindistan vətəndaşı aldadılma yolu ilə Ukraynaya qarşı müharibəyə aparıldıqlarını bildiriblər.

Hürr Tərcüman 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
1
hurriyyet.az

2Mənbələr