AZ

Bakıda qadın sürücü qəza törətdi, piyada öldü

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini olan qadın sürücü idarə etdiyi BMW markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 47 yaşlı Sərvinaz Mirzə qızı Səmədovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Samir Əli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
oxu.az

1Mənbələr