ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 23 sentyabr, AZƏRTAC
Almaniyanın “Sana Hospital Group” xəstəxanaları Azərbaycanda “Sea Breeze Health Valley”ə rəqib olmaq üçün deyil, səhiyyəyə töhfə verməyə, əməkdaşlıq etməyə gəlib.
AZƏRTAC xəbər verir ki, bu sözləri 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel iclasında Almaniyanın “Sana Hospital Group”un rəhbəri Sven Hunger deyib.
O bildirib ki, səhiyyədə klaster sistemi ilə müalicə və profilaktiki tədbirlər daha uğurla həyata keçirilir.
“Sinqapudra, Birləşmiş Ərəb Əmirliklərində belə sistem mövcuddur. “Sea Breeze Health Valley” yerləşdiyi ərazi müalicə və profilaktika üçün olduqca münasibdir. Burada səhiyyə sahəsinə investisiyaların artacağı şübhə doğurmur. Səhiyyə sahəsində dövlət mütləq özəl sahəyə imkanlar yaratmalı, dəstək göstərməlidir. Bunun üçün qanunların qəbulu və rəqabət mühitinin yaradılması vacib şərtlərdən biridir. Rəqabət mühiti investisiyaları cəlb edən amildir. Azərbaycan səhiyyəsi ilə tanış oldum. Bakıda və regionlarda çox yaxşı və müasir standartlara cavab verən infrastruktur layihələri həyata keçirilib. Tikilən tibb müəssisələri müasir avadanlıqlarla təchiz olunub”, - deyən S.Hunger nəzərə çatdırıb ki, dayanıqlı tibbi təhsil və tibbin müxtəlif sahələri üzrə mütəxəssislərin yetişməsi də vacib məsələlərdən biridir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.