AZ

Şəhid ailələrinə tibbi qayğı göstərilib

Şəhid ailələrinə qayğı ölkəmizin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Babək Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası şəhid ailələrinə ev ziyarətləri həyata keçirib. Terapevt, pediatr, kardioloq, nevropatoloq, cərrah, LOR, stomatoloq və digər ixtisas həkimlərindən ibarət tibbi heyət ailə üzvlərinin sağlamlıq vəziyyətini qiymətləndirib, müayinələr aparıb, laborator analizlər götürüb, təzyiqləri ölçüb. Müayinələr nəticəsində əlavə tibbi yardıma ehtiyacı olan şəxslər Babək Rayon Mərkəzi Xəstəxanasına dəvət edilərək genişləndirilmiş müayinələrə cəlb olunublar.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Babək Rayon İcra Hakimiyyətinin və Babək Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı, ümumilikdə 9 şəhid ailəsi ziyarət edilib, onların sağlamlıq durumuna diqqət və qayğı göstərilib.

Səbuhi HƏSƏNOV

Seçilən
10
3
xalqqazeti.az

4Mənbələr