5 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Bank of Baku" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 08.09.2025-ci il tarixində başlayıb, 19.09.2025-ci il tarixində bitmişdir.
AZ2010005364 İSİN kodlu istiqrazların yerləşdirilməsi 23 sentyabr 2025-ci il tarixində həyata keçirilmişdir.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-nın 3.18 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Əsas Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Bank of Baku" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2010005364
İstiqrazların növü və forması: Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu/forması: Kütləvi / Abunə Yazılışı
İstiqrazların sayı: 200,000 (ədəd)
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi: 20,000,000 manat
İllik gəlirlilik faizi: 13%
Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 (doxsan) gündən bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə)
Tədavül müddəti: 18 ay
Minimal qiymət: 100.00 (13.0%) manat
Maksimal qiymət: 100.00 (13.0%) manat
Kəsmə qiymət: 100.00 (13.0%) manat
Ortaçəkili qiymət: 100.00 (13.0%) manat
Reallaşdırılmış həcm: 20,000,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 20,000,000 manat
İnvestor sayı: 601
Sifariş sayı: 682
Anderrayter: "ABB-Invest Investisiya Şirkəti" QSC