"Səssiz Ünsiyyət – Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Şamil Sabirzadə 23 sentyabr – Beynəlxalq Jest Dilləri Günü münasibətilə QHT.az-a açıqlama verib.
QHT sədri bildirib ki, BMT Baş Assambleyasının qərarına əsasən hər il 23 sentyabr Beynəlxalq Jest Dilləri Günü kimi qeyd olunur. Azərbaycanda isə 05.02.2025-ci il tarixində Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında müzakirəyə çıxarılan, daha sonra isə Prezident İlham Əliyevin 25.04.2025-ci il tarixli sərəncamı ilə təsdiqlənən dəyişikliklərə əsasən, dövlət dilinin şifahi formada istifadəsi zamanı nitq və eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınıb:
"Ölkəmizdə işarət dilinin inkişafı üçün sosial layihələr həyata keçirilir. Bu layihələrdən biri də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin istifadəyə verdiyi “Səsiniz olaq” adlı onlayn və ödənişsiz surdotərcümə xidmətidir. Bu çox faydalı xidmətdir. Artıq nitq və eşitmə qabiliyyəti məhdud şəxslər videozəng vasitəsilə lazım olan məsələlərdə rahatlıqla kömək ala bilirlər”.
Ardı var...
Pərvanə Fərhadqızı