AZ

Yerə "Lemmon" kometi yaxınlaşır - Alimlərdən xəbərdarlıq

İlk dəfə bu ilin əvvəlində kəşf edilən “C/2025 A6” “Lemmon” kometası oktyabrın 21-də Yerə ən yaxın nöqtəsinə - 90 milyon kilometrdən az məsafədə yaxınlaşacaq.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının “Telegram” kanalında məlumat verilib.

Alimlərin fikrincə, kometa hazırda Yerdən təxminən 200 milyon kilometr uzaqlıqdadır. 10-14 gün ərzində o, beşinci bal gücünə çatacaq və bütün Rusiyada durbinlə görünəcək. Səma cismi maksimum parlaqlığına oktyabrın sonu - noyabrın əvvəllərində çatacaq.

QAZİLER.AZ

Seçilən
26
qaziler.az

1Mənbələr