AZ

Zelenski ikinci müddətə hazırlaşır?

Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, “Politico” nəşri həmin görüşdə iştirak edən, lakin adları çəkilməyən deputatlara istindaən belə məlumat yayıb. “Parlamentarilər prezidenti qəzəbləndirməkdən qorxduqları üçün Qərb jurnalistləri ilə yalnız anonimlik şərti ilə danışmağa razılaşıblar”, - qəzet yazır. Lakin görüşdə iştirak edən “RBK-Ukrayna” telekanalının mənbələri bu məlumatı təkzib ediblər. Onların sözlərinə görə, Zelenskinin qarşıdan gələn seçkilərdə iştirakının mümkünlüyü ümumiyyətlə müzakirə olunmayıb.

Zelenski: “Mən hamıdan təcrübəliyəm” | VİDEO

Qeyd edək ki, Ukraynada hərbi vəziyyət dövründə seçkilərin keçirilməsi qanunla qadağandır. Sorğuların nəticələrinə əsasən, ölkə vətəndaşlarının əksəriyyəti də müharibə zamanı seçkilər ideyasını dəstəkləmir. Hələ avqust ayında Volodimir Zelenski jurnalistlərlə görüşü zamanı vurğulamışdı ki, seçki məsələsi cəmiyyəti parçalayan amilə çevrilməməlidir. - Seçkilər artıq keçirilsəydi, mən çox şad olardım. Biz bu məsələyə son qoya bilək. Çünki bu, dava-dalaş və siyasi çağırışlardan başqa heç nə vermir”, - Ukrayna lideri bildirib. Daha əvvəl Zelenski seçkilərin keçirilməsi üçün quruda, havada və dənizdə tam atəşkəs yaradılmasının zəruri olduğunu demişdi. Bununla belə, iyun ayında Volodimir Zelenski postunu tərk etmək niyyətində olmadığını bir daha açıqlamışdı. Həmin vaxt o, özünü münaqişənin sonuna qədər Ukraynaya rəhbərlik edə biləcək ən təcrübəli şəxs adlandırmışdı. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
azvision.az

1Mənbələr