AZ

Əlikramın efirdə göz yaşları "sel oldu": "Ən dəhşətli günüm idi" - VİDEO

Müğənni Əlikram Bayramov efirdə kövrək anlar yaşayıb.

"Günə uğurla" verilişində qonaq olan sənətçi valideynlərinin vəfatından danışıb.

O, anasının vəfat etdiyi tarixini heç vaxt unutmayacağını  və həmin gün toylara da getmədiyini bildirib:

"İki yaşımda atam dünyasını dəyişib, məni anam böyüdüb. 4-5 yaşıma kimi elə bilirdim ki, ata və ana eyni insandır. Dünyada varlığımı itirmişəm. Həyatımın ən dəhşətli anları idi. 40 gün özümə gəlməmişəm, depressiyaya, xəstəxanalara düşmüşəm. Həyatda yaşadığım ən bədbəxt hadisə, anamı itirdiyim gündür. Ən sarsıldığım gündür. Dekabrın 5-ni ən pis günüm kimi qeyd edirəm. Həmin günü toya da getmirəm".

Daha ətraflı videomaterialda:

/Milli.az/

Seçilən
17
13
musavat.com

10Mənbələr