AZ

Rusiyanın Ermənistanı vuranı “məxfi silah”ı – Azərbaycan 2020-ci ildə elə bir şey edib ki…

Bir qədər əvvəl Rusiya Prezidenti Vladimir Putinin qərarı ilə postsovet ölkələrində, o cümlədən Azərbaycanda Rusiyanın yumşaq güc siyasətinin koordinasiyası üçün yeni bir idarənin yaradıldığı açıqlanıb. Bu barədə “The Insider” nəşri araşdırma dərc edib. Bildirilir ki, həmin idarənin əsas məqsədi regionda Rusiyanın maraqlarını sistemli şəkildə irəli aparmaq, habelə “5-ci kolon” kimi tanınan daxili təsir mexanizmlərini genişləndirməkdir.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Rusiya zaman-zaman postsovet ölkələrində “5-ci kolon”un yaradılması və fəaliyyətinin gücləndirilməsi istiqamətində addımlar atıb:

“Daxildə özünə sadiq qruplar formalaşdırmaq və güclənməsinə xidmət etmək imperial keçmişə malik ölkələrin zehniyyətinə xas xüsusiyyətdir. Ancaq Moskva bu siyasəti daha açıq şəkildə həyata keçirir. Məsələn, postsovet ölkələri ilə münasibətlər bəzən ayrı-ayrı Kreml məmurlarına həvalə edilir.

Düzdür, Kreml iddia edir ki, bu, həmin ölkələrlə münasibətlərin yaxşılaşdırılmasına xidmət edir. Amma əsas məqsəd sözügedən məmurun rəhbərliyi altında Rusiya bağlı “5-ci kolon”un yaradılmasıdır. Kremlin postsovet məkanında yaratdığı ən güclü “5-ci kolon” isə Ermənistan və Ukraynada olub.

Vaxtilə Ukraynada rusmeyilli qüvvələr ölkəni parçalamaq üçün Regionlar Partiyası adlı siyasi təşkilatla ölkə siyasətinə daxil oldular. Rusiyanın böyük dəstəyi ilə bu partiya hakimiyyəti ələ keçirdi və lideri Viktor Yanukoviç prezident oldu. Sonradan isə ölkənin Qərblə yaxınlaşmasının qarşısını alıb, onu Moskvanın maşasına çevirmək istədiyi üçün 2014-cü il Maydan hadisələri zamanı devrildi. “Yumşaq gücü”nün devrildiyini görən Rusiya dərhal Ukraynaya müdaxilə etdi və ərazisini işğala başladı. Bu gündə dəhşətli müharibə davam edir”.

Politoloq qeyd edib ki, Ermənistanda Rusiyanın köməyi ilə “Qarabağ klanı” çevriliş edərək 1998-ci ildə hakimiyyətə gəldi:

“Bu çevrilişə qarşı çıxan Ermənistan siyasətçiləri parlamentə basqında öldürüldü. Uzun illər Ermənistan Rusiyanın forpostu olaraq fəaliyyət göstərdi. 2018-də Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra ölkəni bu qüvvələrdən təmizləməyə səy göstərsə də, hələ də istədiyinə nail ola bilməyib”.

Zeynal Əmrəliyev qeyd edib ki, Azərbaycanda müxtəlif sahələrdə çalışan şəxslərin “5-ci kolon”un nümayəndəsi olduğu barədə məlumat var idi:

“Lakin Azərbaycan dövlətinin qətiyyəti sayəsində əsasən Vətən müharibəsi dövründə zərərsizləşdirildilər. Onlara qarşı mübarizə davam edir. Moskva yenidən postsovet ölkələrində “5-ci kolon”lar yaratmaq istəyir. Çünki əvvəlkilər artıq deşifrə olub, ancaq bu heç də Rusiyanın qaba gücdən imtinası anlamına gəlməməlidir. Moskva lazım gələndə müdaxilədən belə çəkinmir. “5-ci kolon”un məqsədi kimi həmin dövləti içdən məhv etmək və Rusiyanın gələcəkdə oranı öz təsir dairəsinə salmasına şərait yaratmaqdır”.

Seçilən
11
1
editor.az

2Mənbələr