Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrda Fransada iqtisadi fəallıq aprel ayından bu yana ən yüksək templə daralıb. Ölkənin istehsal və xidmət sektorları tənəzzülə uğrayıb.
AZƏRTAC bu barədə “S&P Global” şirkətinin hesabatına istinadla xəbər verir.
Fransanın satınalma menecerlərinin kompozit indeksi (PMI) sentyabrda avqust ayı ilə müqayisədə bu göstəricinin 49,8-dən 48,4-ə enərək beş ayın ən aşağı səviyyəsinə çatdığını göstərir, həmçinin 50-dən aşağı rəqəmlər iqtisadiyyatda daralmanı nümayiş etdirir.
İstehsal sektoru xüsusilə ağır zərbə alıb: onun ümumi PMI göstəricisi avqustda 50,4-dən 48,1-ə düşüb ki, bu da son üç ayın ən aşağı rəqəmidir.
Tənəzzülə istehlakçı tələbinin aşağı düşməsi səbəb olub: yeni sifarişlərin ümumi həcmi ardıcıl on altıncı aydır ki, azalır.
Hamburq Kommersiya Bankının iqtisadçısı Yonas Feldhusenin fikrincə, Fransada iqtisadi fəallıq aprel ayından bəri hər zaman olduğundan daha kəskin azalıb.