AZ

“İmişli”nin kapitanı: “Çox zəhmət çəkmişik”

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“İmişli” Premyer Liqanın V turunda “Karvan-Yevlax”ı məğlub edib – 3:0.

Bölgə təmsilçisinin futbolçusu Azər Salahlı “Futbolpress.az“a açıqlamasında qələbəni şərh etdi:

“Oyunun gərgin keçəcəyini əvvəlcədən bilirdik. Bu, bizim üçün çox vacib qarşılaşma idi. Komandanın motivasiyasını və psixoloji durumunu daha da möhkəmləndirmək üçün bu 3 xal bizim üçün xüsusi önəm daşıyırdı. Şükürlər olsun ki, komanda olaraq bunun öhdəsindən gələ bildik”.

“İmişli” mövsüm öncəsi autsayder göstərilsə də, 5 turda 7 xal toplayıb. Kapitan komandanın müsbət nəticələrini belə izah etdi:

“Mövsüm öncəsi çox zəhmət çəkmişik və inanıram ki, görülən hər bir zəhmətin nəticəsi mütləq olur. Əsas məsələ isə əldə olunan uğurlu nəticələri qoruyub saxlamaqdır. Mehriban və xarakterli kollektivimiz var. Düşünürəm ki, daha çox çalışaraq bu uğurlu yolu davam etdirə bilərik”.

“İmişli” növbəti turda “Zirə”ni qəbul edəcək. Təcrübəli müdafiəçi oyundan gözləntiləri bölüşdü:

“Zirə” çempionatımızın ən iddialı klublarından biridir və bizi çox gərgin oyun gözləyir. Yaxşı hazırlaşıb, bu qarşılaşmadan maksimum nəticə ilə ayrılmaq istəyirik”.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
futbolpress.az

1Mənbələr