AZ

Klub rəhbərliyini təqsirkar çıxardı: “Bu məsələnin biz dəxlli yoxdur”

Cari mövsümün təəccübləndirən komandası hələ ki, “İmişli”dir.

Ayyarıma formalaşan kollektiv Premyer Liqada rəqib tanımır.

İlk oyunda “Turan Tovuz”a son saniyə qolu ilə uduzan bölgə təmsilçisi ardınca “Neftçi”ylə qolsuz bərabərə qaldı, son üç oyunun hamısını qalib başa vurdu.

“Sumqayıt”la qarşılaşmadakı yol verilən səhvə görə texniki məğlubiyyət olmasaydı, indi “İmişli”nin aktivində 7 yox, 10 xal görəcəkdik.

Aran komandasının aparıcı simalarından olan braziliyalı müdafiəçi Dioqo Rollo ilə söhbətimiz “Karvan-Yevlax” üzərində parlaq qələbə\ (3:0) ilə başlasa da, gedişatda digər suallara da cavab tapmağa çalışdıq.

- Bu hesabla qələbə qazanacağınıza inanırdın?

- Düzünü desəm, gözləyirdim. Həftəiçi məşqlərdə çox işləmişdik, Ötən həftə başımıza gələn məlum hadisədən sonra ruhdan düşmədik, əksinə, bu, bizə özümüzü sübut etmək üçün əlavə güc verdi. Ən vacibi odur ki, gücümüzə inanırıq və meydana rahat çıxırıq. Futbolda bunlar vacib amillərdir.

- Texniki məğlubiyyətdən sonra əhval-ruhiyyəni qaydasına salmaq üçün nə etdiniz?

- Məsələyə çox sadə yanaşdıq. Düşündük ki, gərgin keçən oyunda “Sumqayıt” kimi rəqibi məğlub etməyi bacardıq. Həmin görüşün əsl nəticəsi hakimin final fiti zamanı qeydə alınan hesab idi. O matç isə 1:0 xeyrimizə başa çatmışdı. Demək ki, “Sabah”dan sonra “Sumqayıt”ı udmuşduq. Rəqibə verilən texniki qələbə işin başqa tərəfidir. O məsələnin məşqçi və futbolçu heyətinə dəxli yoxdur. Həftəiçi bu düşüncə ilə yaşadıq, məşqlərə bu cür yanaşdıq və bu da nəticəsi.

- Çempionat başlamamışdan əvvəl hədəf yəqin ki, elitadakı yeri qorumaq idi. Məqsəd dəyişib?

- İndidən gələcəyi düşünmək doğru olmaz. Hər qarşıdan gələn oyunu fikirləşirik. İrəli getmək istəyiriksə, pilləkənləri asta-asta qalxmalıyıq. Birinci pillədə olduğumuz halda sonuncu pilləyə boylansaq, büdrəyə, yaxud yıxıla bilərik. “Karvan-Yevlax” matçı bitdi, indi “Zirə”ni düşünürük.

- Gedişatı və sonluğu təsəvvür edə bilmirsən demək ki.

- Gedişat odur ki, bizi qarşıda “Zirə” ilə çətin oyun gözləyir. Ciddi hazırlaşmalı, meydanda can qoymalıyıq. Sonluğun necə olacağını mayda görəcəyik.

- Premyer Liqanı ilk “6-lıq”da başa vurmaq. İnana bilirsən?

- Biz inanmasaq, kim inanacaq? Bunun üçün çox işləmək lazımdır. Hələ heç nə etməmişik. 5 oyunda 7, yaxud 10 xal göstərici sayıla bilməz.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
0
sportinfo.az

1Mənbələr