Rusiya istilik mövsümünə və qışa yaxın Ukraynanın enerji obyektlərinə kütləvi hücumlar həyata keçirə bilər.
Musavat.com xəbər verir ki, bu barədə “Naftoqaz”ın baş direktoru Sergey Koretski “Washington Post”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya zərbələri nəticəsində ölkənin bütün neft emalı müəssisələri fəaliyyətini dayandırıb, qaz hasilatı isə 42% azalıb.
“Ukrayna rekord səviyyədə, 6 milyard kubmetr qaz idxal etməli olacaq. Müqavilələr tələbatın 95%-ni ödəyəcək, amma bu yalnız isti qış şəraitində kifayət edəcək”, – deyə o bildirib.
Ekspertlər qeyd edir ki, qaz infrastrukturu enerji sisteminin ən zəif nöqtəsidir və onu hücumlardan qorumaq çox çətindir.
Koretski hesab edir ki, Ukraynanı istilik mövsümündən əvvəl enerji obyektlərinə yeni kütləvi zərbələr gözləyir.
Musavat.com