Bizimyol saytına istinadən ain.az xəbər verir.
NATO davam edən təxribatların qarşısını almaq üçün Rusiyanı “qorxutmağa” hazırdır.
Bizimyol.info xəbər verir ki, "Sky News" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte mətbuat konfransında bildirib.
NATO-nun daha sərt cavab verməyə hazır olub-olmaması ilə bağlı suala NATO-nun baş katibi “əlbəttə” deyə cavabını verib. "Lakin biz vəziyyəti qiymətləndirərkən həmişə bunu etməliyik", - deyib.
Rutte həmçinin qeyd edib ki, Rusiya təyyarələrini Estoniya hava məkanından müşayiət edən NATO pilotları “birbaşa təhlükə” aşkar etməyiblər.
“Estoniyanın hava məkanının son pozulması zamanı NATO qüvvələri təhlükə olmadığı üçün münaqişəni qızışdırmadan təyyarəni nəzarətə götürüb və müşayiət edib",- deyən NATO baş katibi həmçinin vurğulayıb ki, Danimarkada pilotsuz təyyarə insidentinin Rusiyanın müdaxiləsi ilə bağlı olub-olmadığını söyləmək hələ tezdir.
Danimarkalılar hazırda insidenti qiymətləndirirlər, NATO-nun baş katibi Danimarkanın baş naziri Mette Frederiksenlə jurnalistlərlə görüşdən əvvəl telefonla danışdığını bildirib.
Sentyabrın 22-də Kopenhagen hava limanı dron təhlükəsi səbəbindən fəaliyyətini dayandırıb.
Bundan əvvəl Rusiya aviasiyası Estoniya səmasında təxribat xarakterli hücum həyata keçirib. Rusiyanın 3 təyyarəsi ölkənin hava məkanına keçib və 12 dəqiqə orada qalıb.
Polşanın baş naziri Donald Tusk artıq əmin edib ki, ölkəsi hava məkanını pozan və təhlükə yaradan obyektləri vuracaq.
İsveçin müdafiə naziri Poul Conson da Rusiyanın hava məkanını pozacağı təqdirdə İsveçin lazımi anda güc tətbiq edəcəyini bəyan edib.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.