AZ

Onun istefaya göndəriləcəyi xəbəri doğrudurmu? - AÇIQLAMA

«Araz-Naxçıvan» Premyer Liqanın son turunda acınacaqlı məğlubiyyət aldı.

«Qarabağ»ı Mərdəkanda qonaq edən «ağ-qırmızılar» meydandan 0:5 hesablı yenilgi ayrıldı.

Beləcə, cari mövsümdə ilk dəfə uduzan Muxtar Respublika təmsilçisi ilk pillədəki yerini itirdi.

Yayılan xəbərlərə görə, qeydə alınan nəticə «Araz» camiəsində böyük çaşqınlıq və narahatlıqla qarşılanıb.

Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovun stadionu əsəbi halda tərk etməsi, daha sonra məşqçi korpusu ilə görüşdüyü, Elmar Baxşıyevlə istefa barədə danışması iddia olunur.

Bu söz-söhbətlərin gerçəkliklə əlaqəsi varmı?

Klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov bununla bağlı Sportinfo.az-a açıqlama verib:

"Məlumat yanlışdır. Futboldur, udmaq kimi, uduzmaq da var.

Baş məşqçi mətbuat konfransında qeyd etdi ki, ağır məğlubiyyət aldıq. Təbii ki, rəhbərlik də nəticədən razı qala bilməzdi.

Ancaq təcili iclasın keçiriləcəyi, baş məşqçinin istefaya göndəriləcəyi ilə bağlı məsələnin müzakirə olunacağıyla bağlı xəbərlərin heç bir əsası, həqiqət payı yoxdur.

Komanda bu gün plana uyğun olaraq bərpa məşqi keçəcək. Daha sonra növbəti turda "Şamaxı" ilə keçiriləcək matça hazırlaşacaq".

Seçilən
23
sportinfo.az

1Mənbələr