AZ

ABŞ HDQ-nin F/A-18 qırıcıları qabaqcıl elektron müharibə sistemləri ilə təchiz olunacaq

“Raytheon” şirkəti ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) F/A-18E/F “Super Hornet” döyüş təyyarəsi üçün hazırladığı yeni “Advanced Electronic Warfare” (ADVEW) sisteminin prototipinin mühüm yoxlama mərhələsini uğurla tamamlayıb.

“Poliqon” “Raytheon”a istinadən xəbər verir ki, bu yeni sistem təyyarədə mövcud olan elektron müharibə sistemlərini əvəzləyərək onun müdafiə qabiliyyətlərini və sağ qalma imkanlarını artıracaq.

Bu mərhələdə prototipin proqram təminatı, uçuş üçün nəzərdə tutulan avadanlıqlarla inteqrasiyası və digər vacib özünümüdafiə altsistemləri ilə uyğunluğu yoxlanıb, həmçinin hökumətin istinad arxitekturasına uyğunluğu təsdiqlənib.

Son yoxlama ilə yanaşı, şirkət ADVEW sisteminin uçuş zamanı göstərəcəyi performansın əlaqələndirilməsi və səmərəli şəkildə qiymətləndirilməsi üçün “Test Plan Working Group” fəaliyyətini də tamamlayıb. “Raytheon” qarşıdakı aylarda əlavə nümayişlər keçirəcək və hökumət tərəfindən yerinə yetiriləcək inteqrasiya sınaqları üçün avadanlıq dəstlərinin təhvil verilməsinə davam edəcək.

Seçilən
14
poliqon.az

1Mənbələr