AZ

Rusiyada azərbaycanlılar saxlanıldı

Rusiyanın Pervouralsk şəhərində saxta spirt istehsalı ilə məşğul olan Azərbaycan vətəndaşları saxlanılıb.

Turkustan.az xəbər verir ki, bunu Yekaterinburq İctimai Palatasının üzvü Dmitri Çukreyev deyib.

Çukreyevin sözlərinə görə, Pervouralskda saxta araq istehsal edən və qablaşdıran yeraltı sexin fəaliyyəti iyulun ortalarında Daxili İşlər Nazirliyinin Sverdlovsk Baş İdarəsinin əməliyyatçıları tərəfindən dayandırılıb. Həmin vaxt azərbaycanlı iş adamı Elvin Şükürov saxlanılıb:

“İndi isə saxta məhsul istehsalı ilə məşğul olan Şükürovun iki həmyerlisi Elməddin İdris oğlu Ağayev və Mirxas Əliheydər oğlu Verdiyev saxlanılıb”./axar.az/

Seçilən
18
6
turkustan.az

7Mənbələr