AZ

Erməni münsifin azərbaycanlı müğənniyə jestinin PƏRDƏARXASI: Əslində məqsəd budur…

Qazaxıstanda keçirilən beynəlxalq “Silk way Star” musiqi yarışmasında maraqlı an yaşanıb. Azərbaycanı yarışmada “Violet Dreams” mahnısı ilə təmsil edən Sabina Zadeh erməni münsifdən 10 xal alıb. Bəs, bu jestlər sadəcə musiqi konteksti ilə məhdudlaşır, yoxsa arxa planda siyasi mesaj da var?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, bu jest təkcə musiqi kontekstində deyil, həm də siyasi müstəvidə mesaj kimi qiymətləndirilə bilər:

Vaşinqton

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlar istər-istəməz hər iki cəmiyyətin sülh quruculuğu üçün əlavə töhfələr verməsini şərtləndirir. Ermənistandan olan münsifin azərbaycanlı ifaçıya yüksək bal verməsi sadəcə istedada deyil, həm də xalqlar arasında etimadın bərpası və sülh şəraitində yaşamaq mesajına xidmət edir. Bu, təqdir olunmalıdır”.

Politoloq əlavə edib ki, Azərbaycan-Ermənistan münasibətlərinin pozulmasında erməni ziyalılarının və fikir adamlarının böyük rolu olub:

“Utancverici tarixi olan bir millətin beynəlxalq münasibətləri normallaşdırmaq üçün xoşməramlı jestlərdən başlaması başadüşüləndir. Bu baxımdan erməni münsifin addımı həm də siyasi siqnal kimi dəyərləndirilməlidir”.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
21
1
konkret.az

2Mənbələr