AZ

XƏBƏRDARLIQ: Azərbaycanda yeni virus yayıla bilər

Çində artan “Chikungunya” qızdırması hallarına görə ölkədə üçüncü dərəcəli ictimai sağlamlıq fövqəladə vəziyyəti elan olunub. Maraqlıdır, virusun Azərbaycana yayılma ehtimalı nə dərəcədə realdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan terapevt Rasif Bağırov bildirib ki, virusun Azərbaycana da yayılma ehtimalı var.

Rasif

Onun sözlərinə görə, xəstəlik ilk dəfə Avropa ölkələrində aşkar olunub, daha sonra Çində geniş yayılıb:

“Avropada aşkar edildikdən sonra Çində virusun daha çox yayıldığı məlum oldu. Bu virusun fəaliyyəti adi qripə bənzəyir. Yuxarı tənəffüs yolları xəstəlikləri kimi hava-damcı yolu ilə yayıla bilir. Çində əhalinin sıxlığı səbəbindən qarşısını almaq çətindir. Lakin vaxtında tədbirlər görüldükdə və əhali maarifləndirildikdə, qoruyucu qaydalara əməl olunduqda, infeksiyanın qarşısını almaq mümkündür”.

Rasif Bağırov hesab edir ki, virusun Azərbaycana gəlib çıxması ehtimalı yüksəkdir:

“Ölkəmizin Çinlə həm ticarət, həm də digər əlaqələri kifayət qədər genişdir. Çinlə əlaqə saxlayan insanların sayı çoxdur. Gömrükdən keçən şəxslər sağlam görünə bilər, lakin inkubasiya dövrü başa çatdıqdan sonra xəstəlik özünü göstərir. Buna baxmayaraq, Azərbaycanda insanlar Çindəki kimi sıx şəraitdə yaşamadığından, virusun güclü təhlükə yaratması gözlənilmir. Vaxtında tədbirlər görülərsə, problem yaşanmaz”.

Seçilən
28
2
turkustan.az

3Mənbələr