ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş BMT Baş Assambleyasında etdiyi tarixi çıxışında qlobal sistemlə bağlı ciddi xəbərdarlıqlar səsləndirib.
Quterreş bildirib ki, təşkilatın yaranmasının 80-ci ilində dünya quruluşu böyük sınaqlarla üz-üzədir.
“BMT prinsipləri mühasirə altındadır, sülh və tərəqqinin təməli çökür. 80 il əvvəl qurucuların qarşılaşdığı eyni çətinlikləri biz də yaşayırıq”, -deyə o qeyd edib.
Baş katib beynəlxalq sistemdə çoxtərəfliliyin vacibliyini vurğulayıb və əlavə edib ki, effektiv çox tərəfli institutlar olmadan dünya xaosa yuvarlanacaq.
Çıxışında beynəlxalq hüququn üstünlüyünə diqqət çəkən Quterreş deyib:"Seçimimizi aydın şəkildə etməli və beynəlxalq hüququn zəruriliyini təsdiq etməliyik".
BMT Baş katibi müzakirələrin əhəmiyyətinə toxunaraq əlavə edib:“Burada danışılan mövzu milyonlarla insan üçün həyat və ölüm məsələsidir".
Quterreş bəzi dövlətlərin beynəlxalq hüquq qaydalarını pozduğunu vurğulayıb:“Dövlətlərin özlərinə qaydaların tətbiq olunmadığını düşündüyünü görürük. Cəzasızlıq – yəni ədalətdən yayınma – fəsad və xaosun əsas səbəbidir".
"AzPolitika.info"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.