AZ

"Qarabağ"ın Avrokubok oyunlarına "Qara bazar"da bilet satışının qarşısı necə alınacaq?

Sosial şəbəkədə yayılan məlumat diqqət çəkib.

Milli.Az xəbər verir ki, bilet satışı ilə yeni sistemin Avrokubok oyunlarında "Qara bazar"da bilet satmaq istəyən işbazların fəaliyyətinə əngəl olunacağı bildirilir.

Oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun kassaları önündə "Qarabağ"ın Avropa oyunları zamanı insan izdihamı yaşanır. 

Fürsətdən istifadə edən "qara bazar"çılar aşağı qiymətlə aldığı biletləri daha yuxarı qiymətə azarkeşlərə təklif edir. "Qara bazarçı"lar yeniyetmə və gəncləri bu işə cəlb edərək gün ərzində bir neçə nəfərə dəfələrlə bilet aldırırlar. İşbazlar əsasən bahalı biletlərə üstünlük verirlər. Həmin alınan biletlərin qarşılığında isə kassadan bilet alan şəxslərə əlavə "ödəniş" edilir.

Rəsmi xəbərlərə əsasən isə "Qarabağ"-ın avrokubok oyunlarına biletlər aşağıdakı formada satılır:

Onlayn - iTicket.az vasitəsilə.
Stadion kassaları - Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından. 
Fan-mağazalar - "Park Bulvar" Fan-Şopu kimi yerlərdə biletlər mövcuddur. 

Mənbələrə görə, oyunlara tələbat çox yüksək olduğu üçün bəzi insanlar biletləri qanuni qiymətdən baha satmağa çalışırlar, "qara bazarların" fəaliyyəti müşahidə olunur. 
Saxta bilet və ya saxta QR kod satışları da qeyd olunur. 
Ancaq "qara bazar"ın tamamilə yasaq olacağı, satışı tamamilə önləyəcək bir qərarın olmasına dair rəsmi təsdiq yoxdur. 

Hüseyn
Milli.Az

Seçilən
29
1
milli.az

2Mənbələr